Qurban Qurbanov: Qarşılaşmaya yaxşı hazırlaşmışıq

Qurban Qurbanov: Qarşılaşmaya yaxşı hazırlaşmışıq

22.08.2019

9:45

Rəqibin oyunlarına baxıb təhlil etmişik. Qarşılaşmaya yaxşı hazırlaşmışıq.

AZƏRTAC xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Şimali İrlandiyada “Linfild”ə qarşı keçirəcəkləri Avropa Liqasının play-off mərhələsinin ilk oyunundan əvvəl mətbuat konfransında deyib.

O, meydanda ən yaxşısını və düzgün olanı etməyə çalışacaqlarını bildirib. Qurban Qurbanov itkilərdən də bəhs edib: “Rahil Məmmədovla Riçard Almeyda cəzalı durumda olduğu üçün bəllidir ki, oyunu buraxacaqlar. Bədavi Hüseynov isə bir müddətdir ki, zədəlidir. Ailton Silva və Maksim Medvedev son məşqlərdə problem yaşadılar və onlarla bağlı konkret qərar veriləcək. Onların müayinəsindən və həkimlərin məsləhətindən sonra vəziyyətə aydınlıq gələcək”.

Qeyd edək ki, oyun avqustun 22-də Belfastdakı “Windsor Park”da Bakı vaxtı ilə saat 22:45-də keçiriləcək.

PAYLAŞMAQ:

Print Friendly, PDF & Email