Ramil Şeydayev: «Qərarımın doğru olub-olmadığını yayda görəcəyik»
21.02.2020«Sabah»ın və Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin apasport.az saytına müsahibəsi
— «Sabah»da məşqlərə başlamısız. Hazırlığınız necə gedir və adaptasiya baxımından çətinlik yoxdur?
— Bəli, məşqlərə qoşulmuşam. Hazırlığımız əla keçir. Adaptasiya sarıdan isə heç bir problemim yoxdur. Belə deyək, formamı yığmağa çalışıram.
— Artıq bu həftə «Sabah»ın heyətində debüt edə bilərsiniz. Yeni komandanız Premyer Liqanın XVIII turu çərçivəsində «Səbail»lə qarşılaşacaq. Bu görüşü səbirsizliklə gözlədiyinizi demək olar?
— Təbii ki, «Səbail»lə oyunu gözləyirəm. Çünki çoxdandır ki, meydana çıxmıram. Futbol oynamaq üçün çox darıxmışam. Yeri gəlmişkən, ümid edirəm ki, «Səbail»lə oyundan qələbə ilə ayrılacağıq.