Ramil Usubov İsrail səfirini qəbul edib
28.01.2020Azərbaycan Təhlükəsizlik Şurasının katibi Ramil Usubov İsrailin Azərbaycandakı səfiri Corc Diki qəbul edib.
APA-nın xəbərinə görə, bu barədə İsrailin Azərbaycandakı səfirliyinin rəsmi «Twitter» səhifəsində bildirilib.
Qeyd olunub ki, görüş zamanı tərəflər Azərbaycan və İsrail arasında ikitərəfli münasibətləri müzakirə ediblər.