“Range Rover” “Tesla” ilə toqquşdu

“Range Rover” “Tesla” ilə toqquşdu

20.08.2019

13:00

Ukraynanın Kiyev şəhərinin mərkəzində iki avtomobilin iştirakı ilə baş verən yol qəzasında 3 piyada yaralanıb.

avtosfer.az-a istinadən xəbər verir ki, insident Saksaqansk ilə Lev Tolstoy küçələrinin kəsişməsində qeydə alınıb.

Məlumata görə, “Range Rover”in sürücüsü bir neçə avtomobilə çırpıldıqdan sonra piyada keçidinə tərəf istiqamət alıb. Bundan sonra “Range Rover” daha bir maşınla toqquşub, qəzanın zərbindən avtomobil idarəetmədən çıxaraq piyadaları vurub.

Nəticədə “Tesla”nın sürücüsü və 3 piyada müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.

PAYLAŞMAQ:

Print Friendly, PDF & Email