Respublika Xəstəxanasında bəzi şöbələrin bağlanmasına aydınlıq gətirilib

Respublika Xəstəxanasında bəzi şöbələrin bağlanmasına aydınlıq gətirilib

18.05.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

“Hazırda həkim qruplarımız bütün xəstəxanalarda baxış keçirir ”.

APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva bildirib. 

Y. Qarayeva deyib ki, bu baxışlarla bağlı hansısa xəstəxanada dezinfeksiya işinin aparılması, hansısa şöbənin boşaldılması normaldır: “Respublika Klinik Xəstəxanasına müxtəlif rayonlardan xəstələr daxil olur. Bunun üçün xəstəxanada hansısa şöbələr müvəqqəti bağlanmalı, dezinfeksiya işləri mərhələ-mərhələ aparılmalıdır”.

TƏBİB-in şöbə müdiri qeyd edib ki, bu günə qədər xüsusi pandemiya xəstəxanalarında yoluxma olmayıb, adi rejimdə işini davam etdirən xəstəxanalarda olub: “Respublika Klinik Xəstəxanasında adi profilaktik tədbirlər aparılır”.

 

Share