Robert Kennedinin 22 yaşlı qız nəvəsi vəfat edib

Robert Kennedinin 22 yaşlı qız nəvəsi vəfat edib

02.08.2019

13:33

Prezident Con Kennedinin qardaşı və ABŞ-ın sabiq Baş prokuroru Robert F. Kennedinin 22 yaşlı qız nəvəsi Sirşa Kennedi Hillin cəsədi Massaçusets ştatındakı Hyannis Port iqamətgahında tapılıb.

AZƏRTAC CNN telekanalının saytına istinadla xəbər verir ki, gənc qızın ölümünü Kape Kod hospitalında da təsdiq ediblər. Bəzi mənbələrin verdiyi məlumata görə, onun ölümünün səbəbi narkotik maddələrin dozadan artıq qəbul edilməsi olub. Sirşa Kennedi Hillin narkotik maddələrdən asılı olduğu və son aylar müalicə edildiyi də bildirilir. New York Times Boston Universitetinin məzunu olan Sirşanın depressiyadan əziyyət çəkdiyini qeyd edib.

Amerika mətbuatı Kennedi ailəsinin bu faciəsini əvvəlki fəlakətlərin davamı kimi qiymətləndirib. Belə ki, Con Kennedinin öldürülməsindən sonra prezident olmaq istəyən qardaşı Robert də 1968-ci ildə sui-qəsd nəticəsində dünyasını dəyişib. Bundan başqa, ailənin bir neçə üzvü də gənc yaşlarında qəza nəticəsində həlak olub. İyul ayında mərhum Prezident Con Kennedinin oğlu Con F. Kennedinin təyyarə qəzasında həlak olmasının ildönümü qeyd olunub.

PAYLAŞMAQ:

Print Friendly, PDF & Email