Roma Papası keşişləri koronavirusa yoluxanları ziyarət etməyə çağırıb

10.03.2020 Выкл. Автор admin

Roma Papası Fransisk keşişləri koronavirusa tutulanları ziyarət etməyə çağırıb.

APA-nın «Associated Press»ə istinadən verdiyi xəbərə görə, Roma Papası bu barədə Vatikanda yaşadığı oteldən canlı yayımlanan çıxışı zamanı deyib.

Roma Papsı xəstələr, onlara qayğı göstərən həkimlər və tibb bacıları üçün dua edib. «Keşişlərimiz üçün də Rəbbə dua edək ki, onlar cəsarətli olsunlar və Allahın kəlamının gücünü xəstələrə çatdırsınlar, bu mübarizədə tibb işçiləri və könüllüləri müşayiət etsinlər», — Papa Fransisk deyib.

Xatırladaq ki, Roma Papasının kütlə qarşısında çıxışları dayandırılıb.

Qeyd edək ki, İtaliyada COVID-19-a yoluxanların və ölənlərin sayı artıb, hökumət bütün ölkədə karantin elan edib. Vatikanda da bir nəfərin COVID-19-a yoluxduğu aşkarlanıb və həmin şəxslə əlaqədə olmuş 5 nəfər karantinə alınıb.

Share