“Roma”nın əfsanəsi karyerasını Argentinada başa vurdu

07.01.2020 Выкл. Автор admin

“Roma”nın əfsanəsi kimi tanınan Daniele De Rossi karyerasını başa vurub.

İtaliya millisi ilə dünya çempionluğunu qazanmış yarımmüdafiəçinin son klubu Argentinanın “Boka Xuniors” klubu olub.

Bu barədə 37 yaşlı oyunçunun özü açıqlama verib:

“Ailəmin yanına qayıtmağımın gərəkliyini hiss edirəm. Xüsusən, mən qızım, o da mənim üçün darıxır. Karyeramı bitirmək qərarım qətidir”.

De Rossi futbol sahəsində işləməkdə davam edəcəyini də vurğulayıb.

Qeyd edək ki, Daniele De Rossi 2002-ci ildən çıxış etdiyi “Roma” ilə ötən yay vidalaşaraq, Argentinaya üz tutmuşdu.