Rusiya Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımır

Rusiya Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımır

09.04.2020 Off By admin

[ad_1]

Bakı. Trend:

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması heç bir şəkildə Azərbaycanın işğal olunmuş ərazilərində – Dağlıq Qarabağda keçirilən qondarma “seçkilər”dən asılı deyildir.

Trend-in məlumatına görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə jurnalistlərin suallarını cavablandırarkən bildirib.

M.Zaxarova qeyd edib ki, Rusiya Federasiyası Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımır:

“Onun statusu siyasi danışıqlar yolu ilə müəyyənləşdirilməlidir. Bunun üzərində də ATƏT-in Minsk Qrupu iş aparır”.

Rusiya XİN-nin rəsmisi əlavə edib: “Eyni zamanda, hesab etmirik ki, gələcək sülh prosesinin gedişatı hər hansı bir şəkildə qeyd olunan hadisədən asılıdır”.

Share