Rusiya və İtaliya XİN başçıları arasında telefon danışığı olub

Rusiya və İtaliya XİN başçıları arasında telefon danışığı olub

19.05.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Rusiya Xarici İşlər naziri Sergey Lavrovla İtaliya Xarici İşlər naziri Luigi Di Maio arasında telefon danışığı olub.

APA-nın xəbərinə görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidməti məlumat yayıb.

XİN başçıları yeni növ koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizədə iki ölkənin nazirlikləri arasında işlərin səmərəli şəkildə koordinasiya olunduğunu qeyd ediblər.

L. Di Maio pandemiyanın ölkədə yayılması ilə mübarizədə göstərilən köməyə görə İtaliya hökuməti adında Rusiyaya təşəkkür edib. 

Söhbət zamanı böhranın nəticələrinin aradan qaldırılmasında BMT-nin əlaqələndirici rolundan istifadə edərək ölkələrin və beynəlxalq təşkilatların səylərinin birləşdirilməsinin vacibliyi vurğulanıb. 

Nazirlər beynəlxalq məsələlər ətrafında, xüsusilə də Liviyadakı vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar.

Share