Rusiyada koronavirusa yoluxanların sayı 20 mini keçdi

Rusiyada koronavirusa yoluxanların sayı 20 mini keçdi

14.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Rusiyada koronavirusa yoluxma göstəriciləri artıb.

Trend-in məlumatına görə, ölkədə son sutka ərzində 2 774 nəfər koronavirusa yoluxub. Daha 22 nəfər isə virusdan həyatını itirib.

Bu günə qədər Rusiyada 21 102 nəfər koronavirusa yoluxub, infeksiyadan ölənlərin sayı 170 nəfərə çatıb.

Ümumilikdə, 1 694 nəfər sağalıb, 19 238 nəfərin müalicəsi davam edir.

Share