Rusiyada koronavirusdan ölənlərin sayı 100 nəfəri keçdi

Rusiyada koronavirusdan ölənlərin sayı 100 nəfəri keçdi

11.04.2020 Off By admin

Bakı. Trend:

Rusiyada koronavirusa yoluxma göstəriciləri sürətlə artmaqda davam edir.

Trend-in məlumatına görə, ölkədə son sutka ərzində 1 667 nəfər koronavirusa yoluxub. Daha 12 nəfər isə virusdan həyatını itirib.

Bu günə qədər Rusiyada 13 584 nəfər koronavirusa yoluxub, virusdan ölənlərin sayı 106 nəfərə çatıb.

Ümumilikdə 1 045 nəfər sağalıb, 12 433 nəfərin müalicəsi davam edir.

Share