Rusiyada yerli proqram təminatı yüklənməyən smartfonların satışı qadağan edilib

Rusiyada yerli proqram təminatı yüklənməyən smartfonların satışı qadağan edilib

06.11.2019

10:04

Dövlət Duması Rusiya proqram təminatı yüklənməyən smartfon və kompyuterlərin satışının qadağan edilməsi barədə qanun layihəsini qəbul edib.

AZƏRTAC xəbər verir ki, 2020-ci il iyulun 1-dən smartfon, kompyuter, “smart-TV” funksiyası olan televizorlar və bir sıra digər qurğulara mütləq Rusiya proqram təminatı yüklənməlidir. Qanun layihəsinin müəlliflərinin fikrincə, bu, Rusiyanın informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən şirkətlərinin inkişafına təkan verəcək.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

PAYLAŞMAQ:

Print Friendly, PDF & Email