Rusiyada yük maşını yol polisinin üzərindən keçdi

27.01.2020 Off By admin

Rusiyanın Surqut-Nijnevartovsk magistral yolunda yol polisi əməkdaşının ciddi xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

REN TV məlumat verir ki, yük maşını qarşı yola keçmək istəyən yol polisi müfəttişinin üzərindən keçib.

Daxili İşlər Nazirliyinin regional şöbəsindən verilən məlumata görə, yaralanan yol polisi xəstəxanaya yerləşdirilib.

Faktla əlaqədar araşdırma aparılır.

Share