“Səbail” “Zirə”ni məğlub edib

“Səbail” “Zirə”ni məğlub edib

18.08.2019

23:52

Futbol üzrə Azərbaycan Premyer Liqasında I turun daha bir oyunu keçirilib.

AZƏRTAC xəbər verir ki, həftənin üçüncü matçında “Səbail” “Zirə”ni qəbul edib. Bayılda yerləşən “ASCO” arenada baş tutan görüş meydan sahiblərinin qələbəsi ilə başa çatıb – 1:0.

Qarşılaşmanın 79-cu dəqiqəsində Yevgeni Koçuk cərimə meydançasının daxilində əllə oyuna görə təyin edilən penaltini dəqiqə yerinə yetirib.

Qeyd edək ki, açılış turunun 2 oyununda qonaqlar qələbə qazanıb. “Qarabağ” “Keşlə”ni 1, “Sumqayıt” isə “Qəbələ”ni 2 cavabsız qolla məğlub edib. Tura avqustun 19-da keçiriləcək “Neftçi” – “Sabah” matçı ilə yekun vurulacaq.

PAYLAŞMAQ:

Print Friendly, PDF & Email