Sədaqət Vəliyeva: Prezident İlham Əliyevin təşəbbüsü ilə keçirilən Zirvə görüşü nümunəvi səviyyədə olan həmrəyliyimizin növbəti bariz təzahürü oldu

Sədaqət Vəliyeva: Prezident İlham Əliyevin təşəbbüsü ilə keçirilən Zirvə görüşü nümunəvi səviyyədə olan həmrəyliyimizin növbəti bariz təzahürü oldu

13.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına sədrliyi dövründə Azərbaycan dünyada təşkilatın nüfuzunun daha da artırılması, üzv ölkələr arasında əməkdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi istiqamətində səylər göstərir.

Bunu Trend-ə Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki, Türk Şurası dünya miqyasında ilk beynəlxalq təşkilatdır ki, dövlət başçıları səviyyəsində COVID-19 pandemiyasına həsr olunmuş Zirvə görüşünü keçirir:

“Cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə keçirilən Zirvə görüşü nümunəvi səviyyədə olan həmrəyliyimizin növbəti bariz təzahürü oldu. Əlbəttə ki, Zirvə görüşünün əsas məqsədi milli səviyyədə atılan addımlara dair təcrübə mübadiləsinin aparılması, lazım olan anda bir-birinə dəstək göstərilməsi və xalqlar arasında həmrəyliyin möhkəmləndirilməsidir. Eyni zamanda, Türk Şurasına üzv ölkələrinin iqtisadiyyatı, ticarət münasibətləri və idxal-ixrac əməliyyatları üçün nəqliyyat daşımaları mühüm əhəmiyyətə malikdir”.

“Azərbaycan koronavirus xəstəliyinin yayılmasının qarşısının alınması üçün çevik və zəruri qabaqlayıcı addımlar atıb” – deyən Sədaqət Vəliyeva vurğulayıb ki, Ümumdünya Səhiyyə Təşkilatı koronavirusla mübarizə sahəsində Azərbaycanda görülmüş işlərə yüksək qiymət verib:

Share