Şəhriyar Məmmədyarov Maksim Vaşye-Laqravla ikinci görüşünü keçirib

Şəhriyar Məmmədyarov Maksim Vaşye-Laqravla ikinci görüşünü keçirib

24.07.2019

10:23

FIDE-nin və “World Chess” şirkətinin Riqada birgə təşkil etdiyi “Grand Prix 2019″”seriyasının final oyunları çərçivəsində iyulun 23-də cavab görüşləri keçirilib.

Trend-ə istinadən bildirir ki, azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov cavab oyununda Fransa təmsilçisi Maksim Vaşe-Laqrava məğlub olub.

Rəqiblər qalibin müəyyənləşməsi üçün iyulun 24-də tay-brekdə mübarizə aparacaqlar.

Qeyd edək ki, ötən gün keçirilmiş birinci partiyada Ş.Məmmədyarov M.Vaşe-Laqrava qalib gəlib.

Pley-off sistemi üzrə keçirilən Qran-Pridə göstərilən nəticələrə görə, şahmatçıların adına xallar yazılır. Sonda yığılan xallara görə ilk iki yeri tutmuş şahmatçı iddiaçılar turnirinə vəsiqə qazanacaq.

PAYLAŞMAQ:

Print Friendly, PDF & Email