Şəkidə avtomobil piyadanı vurub
08.02.2020APA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün saat 11 radələrində Şəki şəhər ərazisində baş verib. Belə ki, 1948-ci il təvəllüdlü Nazim Lütvəli oğlu Cəfərov yolu keçmək istəyən zaman minik avtomobili tərəfindən vurulub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan N. Cəfərov Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.