Səkkiz aya 630 milyon dollar – Spiker məlumat verdi

Səkkiz aya 630 milyon dollar – Spiker məlumat verdi

30.09.2019

18:15

2019-cu ilin ilk səkkiz ayı ərzində Azərbaycanla Fransa arasında ticarət dövriyyəsi 630 milyon ABŞ dolları həcmində olub.

Bu barədə Milli Məclisin sədri Oqtay Əsədov Fransa-Qafqaz Dostluq qrupunun rəhbəri Alen Uperin başçılıq etdiyi nümayəndə heyəti ilə keçirdiyi görüşdə deyib.

Qeyd olunub ki, 2018-ci ildə bu göstərici 624 milyon təşkil edib.

Bildirilib ki, bu gün Azərbaycanda 50-dən çox Fransız şirkəti, o cümlədən “Total” və “Gaz de France” kimi tanınmış şirkətlər uğurla fəaliyyət göstərir.

PAYLAŞMAQ:

Print Friendly, PDF & Email