Şəmkirdə ağır yol qəzasında məktəb direktoru ölüb

Şəmkirdə ağır yol qəzasında məktəb direktoru ölüb

13.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Şəmkirdə baş verən yol qəzasında ölənlərin kimliyi məlum olub.

APA-nın yerli bürosunun məlumatına görə, dünyasını dəyişən şəxslərdən biri rayonun Dəllər qəsəbəsi Zaur Abbasov adına tam orta məktəbin direktoru Eyvaz Vəliyevdir. Ölən digər rayon sakini isə Xəqani adlı şəxsdir.

***

20:38

Şəmkir rayonunda 2 nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Sabirkənd kəndinin yaxınlığında qeydə alınıb.

Qeyd edək ki, yol qəzası yük maşının ilə “NİVA” markalı minik avtomobilinin toqquşması nəticəsində baş verib. 

 

 

Share