Şəmkirdə ağır yol qəzasında ölənlərdən biri məktəb direktoru olub – FOTO

Şəmkirdə ağır yol qəzasında ölənlərdən biri məktəb direktoru olub – FOTO

14.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Şəmkir rayonunda minik avtomobili ilə “Shacman” markalı yük avtomobili toqquşub. 

FHN-dən APA-ya verilən məlumata görə, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sürücü 1967-ci il təvəllüdlü Abbasov Xəqani İslam oğlunun və sərnişin 1964-cü il təvəllüdlü Vəliyev Eyvaz Nurqələm oğlunun meyitlərini deformasiyaya uğrayan minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

***

13 aprel, saat 21:37

Şəmkirdə baş verən yol qəzasında ölənlərin kimliyi məlum olub.

APA-nın yerli bürosunun məlumatına görə, dünyasını dəyişən şəxslərdən biri rayonun Dəllər qəsəbəsi Zaur Abbasov adına tam orta məktəbin direktoru Eyvaz Vəliyev, digəri isə rayon sakini Abbasov Xəqanidir.

***

20:38

Şəmkir rayonunda 2 nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Sabirkənd kəndinin yaxınlığında qeydə alınıb.

Qeyd edək ki, yol qəzası yük maşının ilə “NİVA” markalı minik avtomobilinin toqquşması nəticəsində baş verib. 

 

 

Share