Şəmkirdə baş verən avtoqəzada sərnişin xəsarət alıb

Şəmkirdə baş verən avtoqəzada sərnişin xəsarət alıb

20.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Düyərli kəndinin yaxınlığında qeydə alınıb.

1989-cu il təvəllüdlü Elməddin Allahyarovun idarə etdiyi “VAZ 21011” markalı minik maşını 1980-ci il təvəllüdlü Saleh Əliyevin idarə etdiyi “VAZ 21099” markalı avtomobillə toqquşub. Qəza zamanı hər iki sürücü yüngül xəsarət alıb, “VAZ 21099”-da olan sərnişin – 1993-cü il təvəllüdlü Xəyal Həsənov ciddi xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta ağır olduğu bildirilir.

İlkin ehtimallara görə, qəzaya səbəb avtomobillərdən birinin dönmə əməliyyatını düzgün yerinə yetirməməsi səbəb olub.

Faktla bağlı araşdırma aparılır.

Share