Şəmkirdə kafedə yanğın olub, qaz balonu anidən alışıb

Şəmkirdə kafedə yanğın olub, qaz balonu anidən alışıb

17.05.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Şəmkirdə kafe yanıb.

APA Fövqəladə Hallar Nazirliyinə istinadən bildirir ki, Şəmkir rayonunda ümumi sahəsi 124 m² olan kafenin mətbəxində birinin həcmi 10 litr və digərinin həcmi 25 litr olan 2 ədəd məişət qaz balonunda ani alışma baş verib.

Nəticədə kafenin mətbəxinin lambirindən ibarət tavanı 24 m² sahədə yanıb. Kafenin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Share