Şərəflə yaşanan ömür

Şərəflə yaşanan ömür

13.03.2020 Выкл. Автор admin

(Bədəlan kəndinin ağsaqqal pedaqoqu Mirzəbala Hüseynov  haqqında)

Hamıya yaxşı məlumdur ki, insan ömrü o zaman mənalı olur ki, həyatın daşlı-kəsəkli, enişli–yoxuşlu yollarını keçib, isdədiklərinə doğru inamla addımlaya bilsin. Yalnız mübariz, nikbin iradəli insanlar çətin dolayların üstündən uğurla addımlaya bilər.

Haqqında söhbət açdığımız müəllim Hüseyinov Mirzəbala Hüseynbala oğlu Masalı rayonunun Dəmirçi kəndində sayılıb-seçilən, halal zəhməti ilə dolanan sadə və xeyirxah bir ailədə dünyaya göz açmışdır. Onun ailəsi doğulduğu torpağa, yandırdığı ocağa həmişə sədaqətli idi. Bu nəsildən olan adamların varlığı mübaliğəsiz  saflıqdan güc alan canlı abidədir. Mirzəbala müəllim də lap uşaq yaşlarından gördüklərini, eşitdiklərini, bildiklərini özünə örnək etməklə hansı soykökü olduğunu davranışı, ağayanalığı ilə sübut etməyə çalışmışdır.

Bacarıqlı pedaqoq Mirzəbala Hüseynovun özünəməxsus mənəvi keyfiyyətləri kamil insan ömrünün nümunəsidir. Ürəyinə sığan fikirlər xalqına məhəbbətdən göyərib. Vətənə, torpaqla bağlı düşüncələrinin çiyninə yük edib, fədakarlıqla daşıyır. Xeyirxahlığı, nəcibliyi, əsilliyi özündən təcəssüm etdirən bu şəxsin bənzərsizliyi ondadır ki, həyatı dərk edəndən bütövlüyə can atıb. Ömrü boyu yüksək mənəvi dəyərlər onun iradəsinə hakim olub. Bu mənalı hökmün əzəməti qarşısında daim ucalıb. Elə insanlığın böyük mənası da bundadır.

İnsanın zaman qarşısında mənəvi cavabdehliyi ömürün ali mənasıdır. Bu müqaəddəs cavabdehlik hissi Mizəbala müəllimin daxili aləminə hakim kəsilmiş, onu tanıyanlar üçün ucalıq rəmzinə çevrilmişdir. Bunun özü insan üçün məsuliyyətdir. Sevib-seçdiyi peşəni gənc nəslə həvəslə öyrədərək vəzifə borcunun öhdəsindən gəlmək böyük şərəfdir. O təcrübəli pedaqoq kimi bu şərəfə layiq olmuşdur.

10 sentyabr 1950-ci ildə Masallı rayonunun Dəmirçi kəndində anadan olmuş Hüseynov Mirzəbala Hüseynbala oğlu 1967-ci ildə Bədalan kənd orta məktəbi bitirib. 1968-ci ildə 137 saylı Masallı orta texniki peşə məktəbində maşinist-ekskavator ixtisasına yiyələnib. 1969-1971-ci illərdə hərbi xidmətdə olub. 1971-ci ildə Bakı Bədən Tərbiyəsi texnikumuna daxil olub. 1973-cü ildə həmin texnikumu əla qiymətlərlə bitirib. 1973-cü ilin sentyabrından 137 saylı Masallı orta texniki peşə məktəbində bədən tərbiyyəsi rəhbəri kimi əmək fəaliyyətinə başlayıb. Ömrünün 30 ilini bu kollektivdə çalışan Mirzəbala müəllim ilk gündən məktəbdə idmanın səviyyəsini yüksəltməyə çalışıb. Həttda şəxsi vəsaiti hesabına o vaxtın tələblərinə cavab verən futbol, volebol meydançaları, stolüstü tennis otağı və digər idman ləvəzimatları əldə edib. Mütəmadi olaraq qonşu rayon və kənd məktəblərinin şagirdləri ilə peşə məktəbinin şagirdləri arasında idman yarışlarını təşkil edib. Bu da gənclərin idmana olan həvəsini daha da artırıb. Onun təşkil etdiyi yarışların sayəsində peşə məktəbin idmaçı şagirdləri respublika yarışlarında fəal iştirak edərək futbol, volebol, stolüstü tennis və yüngul atletika yarışlarında I-II yerləri tutublar.  O vaxtki Texniki Peşə Komitəsi və məktəb rəhbərliyi tərəfindən onun bu əməyi layiqincə qiymətləndirilib, dəfələrlə fəxri fərman və pulla mükafatlandırılıb.

Mirzəbala müəllim idmanla yanaşı məktəbin ictimai həyatında da fəal iştirak edib. O məktəb Həmkarlar Təşkilatının sədri, Komsomol Təşkilat katibi vəzifəsinə seçilib. İctimai təşkilatların işində də həmişə özünü doğruldub və kollektivin sevimlisinə çevrilib.

O, həm də ştdankənar müxbir kimi fəaliyyət göstərirdi. O vaxtki Texniki Peşə Komitəsinin “Gənc Fəhlə” jurnalında, “İdman” qəzetində, “Azərbaycan Gəncləri” qəzetində, Masallıda çıxan “Çağırış” qəzetində rayonun əmək qabaqcıllarından, təhsil ocaqlarından, idmançılardan, sadə peşə adamlarından müntəzəm olaraq onun iumzası ilə məqalələr çap olunurdu.

Bir vaxtlar şagirdi olmuş, sonralar Mirzəbala müəllimlə 137 saylı Masallı orta texniki peşə məktəbində çiyin-çiyinə çalışan təlim ustaları öz sevimli müəllimi haqqında belə deyirlər.

Əmsal Şahbazov:- Möhkəm iradə, qətiyyət, çevik ağıl, dərin bilik, səriştə, zəngin həyat təcrübə sahibi olan Mirzəbala müəllim sözün əsl mənasında müəllim peşəsinə hörmətlə yanaşan böyük ziyalıdır. Kamil insan kimi dəyişməyən əbədi dəyərlərin daşıyıcısı, yaşadığımız cəmiyyət üçün ideal ola biləcək şəxsiyyətdir. Daxili potensiala malik yaradıcı müəllim idi. Xeyirxah, nəcib duyğularla yaşayan, geniş dünya görüşlə və nümunəvi davranışla həmişə kollektivdə seçilən, başqalarına biganə qalmayan, şəxsi mədəniyyəti, fikirlərin mətiqi gedişilə fərqlənən bu müdrük insanın ziyalılığı həmdə onun iş fəaliyyətidəki əməllərindən aydın görünürdü.

Mirşaiq Cəfərov:-   Zahirən sadə, mehriban, gülərüz xoş rəftarlı görünən Mirzəbala müəllimin üstünlüyü ondadır ki, ömrü bənzərsizdır. Yəni həyatı özünə məxsus ali məna ilə yaşayır. Ünsüyyətində, əməlində doğmalıq, alnında müdrüklüyün izləri var. Sözü söhbəti çox zəngindir, inama, ümüdə bir körpüdür, həqiqətin əksidir, adamın hikmətə qovuşdurur Mirzəbala müəllimin saflığı. O, idmansevənlərin yaddaşıda özünün təmənnasız xidmətləri ilə əbədi iz buraxmış müəllimlər sırasındadır. Ömrünün məna dolu hər dəqiqəsini, hər anını şagirdlərin taleyinə həsr etmiş Mirzəbala müəllimin həyat və fəaliyyəti gələcək nəsillər üçün əsil tərbiyə və nümunə məktəbidir.

Bahəddin Şəfəqqətov:-    Ötüb keçən illərin arxasında elə insanlar var ki, heç vaxt unudulmur. Belələri canlı və unudulmaz cizgilərlə qəlbimizdə əbədiləşən müəllimlərdir. Dünyanın ən məhşur şəxsiyyətləri, təfəkkür sahibləri müəllim haqqında dərin mənalı fikirlər söyləyiblər. Bu sözlərin bəlkədə ən yaxşısı, ən qiymətlisi Mirzəbala müəlimin payına düşür. Həyat ona görə mürəkkəb və çətindir ki, o insanların qarşısına çox ciddi tələblər qoyur. Bu tələbləri əməl edən insan ləyaqət və şərəf timsalına çevrilir, özünü təsdiq qüdrətinə malik olur. Bu isə insanın kamil şəxsiyyət kimi ən böyük qələbəsidir. Deyərdim ki, Mirzəbala müəllim də həyatının həqiqət mənasını ömrün meyarına çevirən ziyalılardan biridir.

Füzuli Zərbəliyev (qonşu):- Mirzəbala müəllim dostluqda, yoldaşlıqda vəfalı, sədaqətli bir insandır, xeyir-şər adamıdır. Onu tanıdığım uzun illər ərzində həmişə sadə insanlar əhatəsində, xeyir-şər məclislərində görmüşəm. Bu hər şeydən əvvəl, onun sadəliyindən, səmimiliyindən, ağsaqqallığından və müdrüklüyündən irəli gəlir.

….     Mənalı ömrün müdrüklik zirvəsində olan, ağsaqqal, pedaqoq Mirzəbala Hüseynov bu gün də gənclik həvəsi ilə çalışır. O, ictimai sahə müvəkkili olaraq hal-hazırda gənc nəslin mənəvi tərbiyəsində də dayaqdır. Gözəl insan, zəngin həyat təcrübəsinə malik Mirzəbala müəllimə can salığ, uzun ömr və nəvələrinin uğurlarını görmək arzulayırıq.

 Camal Abdinov,

“İnsan hüquqları” qəzetinin

baş redaktoru,

“Qızıl Qələm” mükafatı laureatı

 

Share