Səudiyyə Ərəbistanı kralının 150-dən çox qohumu koronavirusa yoluxub

09.04.2020 Off By admin

[ad_1]

Bakı. Trend:

Səudiyyə Ərəbistanında kral ailəsinin 150-dən çox üzvü koronavirusa yoluxub.

Trend-in məlumatına görə, kralın qohumları xəstəxanaya yerləşdirilib.

Onların müalicə olunduğu kral Fəysal xəstəxanasında 500 yer ayrılıb.

84 yaşlı kral Salmanın özünün yoluxması barədə məluma verilməsə də, onun Qırmızı dənizdə adaların birində təcrid olunduğu deyilir.

Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman əl-Səud da təcrid olunub.

Qeyd edək ki, bu günə qədər ölkədə 2 932 nəfər koronavirusa yoluxub, 41 nəfər virusun qurbanı olub.

Share