“Sabah”ın baş məşqçisi Azərbaycan çempionatında 56-cı legioner çalışdırıcı olub

03.12.2019 Off By admin

Azərbaycan Premyer Liqasının XIII turu Jelko Sopiçin “Sabah”ın baş məşqçisi kimi debütü ilə əlamətdar olub.

Apasport.az saytının məlumatına görə, xorvatiyalının “Qarabağ”la qarşılaşmadakı debütü uğursuz alınıb. Bakı klubu 0:1 hesabı ilə uduzub.

Sopiç Premyer Liqa tarixində 56-cı legioner baş məşqçi olub. Bunadək 55 əcnəbi çalışdırıcı ya baş məşqçi, ya da bu vəzifənin müvəqqəti icraçısı kimi komandasını meydana çıxarıb.

Bu mütəxəssislər arasında oyun sayında rekord Kaxaber Sxadadzeyə məxsusdur – 211 oyun. Roman Qriqorçuk, Roman Pokora və Georgi Çixradzedə bu rəqəm 108-ə bərabərdir.

Sopiç “Sabah”ın tarixində komandanı Premyer Liqa matçına çıxaran ilk legioner baş məşqçidir. O, Azərbaycan çempionatlarında ikinci xorvatiyalı olub. 2005/06 mövsümündə “Olimpik” klubunu Stepan Çordaş çalışdırıb. Lakin onun Bakı klubu ilə Premyer Liqadakı debütü uğursuz alınıb. İlk üç turda cəmi 1 xal toplayan klub çalışdırıcı ilə yollarını ayırıb.

Share