Sabiq deputat Nizami Xudiyev vəfat etdi

Sabiq deputat Nizami Xudiyev vəfat etdi

25.05.2021 Off By admin

AzTV-nin keçmiş rəhbəri, sabiq deputat Nizami Xudiyev vəfat edib.

Nizami Xudiyev 1949-cu ildə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda anadan olub. O, 1994-1996-cı illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, 1996-2006-cı illərdə AzTV-nin sədri, 1995-2010-cu illərdə Milli Məclisin deputatı olub.

Nizami Xudiyev hakim Yeni Azərbaycan Partiyasının (YAP) fəallarından olub. Vaxtilə partiyanın rəhbərliyində təmsil olunan keçmiş deputat son illər ictimai-siyasi fəaliyyətinə demək olar ki, son vermişdi.

Allah rəhmət eləsin!

“Hakimiyyet.com”

Share