Sabunçu bazarında yanğın olub
28.11.2019Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Sabunçu rayonunda bazar ərazisində mağazada yanğın olması barədə məlumat daxil olub.
FHN-dən AZƏRTAC-a bildirilib ki, Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.
Hazırda yanğınsöndürmə işləri davam etdirilir.