Sahil Kərimli: Dövlət başçısının əhalinin sosial rifahı ilə bağlı atdığı addımlar vətəndaşların dərin rəğbəti ilə qarşılanır

Sahil Kərimli: Dövlət başçısının əhalinin sosial rifahı ilə bağlı atdığı addımlar vətəndaşların dərin rəğbəti ilə qarşılanır

19.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Azərbaycan dövləti koronavirus pandemiyasından ziyan çəkən vətəndaşların sosial rihafı üçün genişmiqyaslı tədbirlər həyata keçirməkdədir. Prezident İlham Əliyevin elan etdiyi növbəti sosial paket bu baxımdan bənzərsizliyi və özünəməxsusluğu ilə seçilir. Virusun ölkəmizdə yayılmağa başladığı ilk gündən dövlət digər tədbirlərlə yanaşı, vətəndaşlar üçün yarana biləcək maddi çətinliklərin aradan qaldırılması istiqamətində var gücü ilə hərəkətə keçib. Azərbaycan vətəndaşlarının həyat şəraiti, maddi vəziyyəti və dolanışıq durumu əvvəlki illərdə olduğu kimi yenə şəxsən Prezident İlham Əliyevin nəzarətindədir.

Təsadüfi deyil ki, təkcə ötən bir həftə ərzində dövlət başçısı sosial-iqtisadi məsələlərin də ətraflı müzakirə oldunduğu iki iclas keçirib, hökumət üzvləri, həmçinin bu sahəyə cavabdeh nazirlərin hesabatını dinləyib. Prezidentin hökumət qarşısında qoyduğu çox ciddi tapşırıq və vəzifələrin məzmunundan bir daha aydın görünür ki, dövlət siyasətinin tam mərkəzində yenə Azərbaycan vətəndaşlarının sosial rifahı dayanır.

Yeni sosial paket cəmiyyətin bütün təbəqələrini – həssas kateqoriyadan olan aztəminatlı vətəndaşları, işsizləri, muzdla işləyənləri, karantin rejimi ilə əlaqədar işini itirənləri, hətta qeyri-formal işləyənləri, sahibkarlıq subyektlərini – bir sözlə pandemiyadan ziyan çəkən bütün insanları və geniş sahələri əhatə edir.

Prezident İlham Əliyevin atdığı bu humanist addımı özünəməxsus edən səbəblərdən biri də elə budur. Yəni, çətinliklə üzləşən heç kim diqqətdən kənarda qalmır, dövlət yardımlarının ünvanlılığı təmin edilir, sosial ədalətlilik prinsipləri qorunub saxlanılır. Bu, Azərbaycan dövlətinin bütün çətin və ağır məqamlarda vətəndaşına sahib çıxmaq, insanların dərdinə şərik olmaq kimi humanist mahiyyətinin növbəti əyani göstəricisidir.

Diqqət çəkən daha bir önəmli məqam isə odur ki, Prezident sosial-iqtisadi sahə ilə bağlı keçirdiyi son iclasda məşğulluğun və sosial rifahın dəstəklənməsi sahəsində atılacaq addımları şəxsən özü bənd-bənd sadaladı. Biz bir daha gördük ki, dövlət başçısı ən kiçik detalı belə diqqətdən kənarda saxlamır. Sevindirici haldır ki, yeni dəstək tədbirləri ilə 2,5 milyon vətəndaşı əhatə edəcək və bunun üçün 600 milyon manat vəsait nəzərdə tutulur. Dövlət və qeyri-dövlət sektoru üzrə iş yerlərinin və işçilərin əməkhaqqı gəlirlərinin qorunması tədbirləri isə 1 milyon 629 min işçini əhatə edir. 300 min muzdlu işçinin əmək haqqlarının bir hissəsi maliyyələşdirilir və təqribən 300 min fərdi sahibkara dəstək verilir.

Share