Şahmat üzrə onlayn superturnirdə 3 zəka sahibi liderlər qrupundadır

Şahmat üzrə onlayn superturnirdə 3 zəka sahibi liderlər qrupundadır

20.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Hazırkı dünya çempionu, norveçli Maqnus Karlsenin təşkilatçılığı ilə keçirilən şahmat üzrə onlayn superturnirin birinci turunun ikinci gününün qarşılaşmaları keçirilib.

AZƏRTAC xəbər verir ki, aprelin 19-da keçirilmiş oyunlarda amerikalı Fabiano Karuana rusiyalı Yan Nepomnyaşiyə 2,5:1,5, fransalı Vaşe-Laqrav isə Niderland təmsilçisi Aniş Giriyə 3:1 hesabı ilə qalib gəliblər.

Beləliklə, birinci turun yekun nəticələrinə görə, Vaşe-Laqrav, Liren Dinq və F. Karuana 3 xalla turnir cədvəlinə liderlik edirlər. M.Karsen 2 xalla dördüncü, Hikaru Nakamura isə 1 xalla beşinci yerdədirlər. Y.Nepomnyaşi, A.Giri və FIDE bayrağı altında çıxış edən Əlirza Firuzca xalsız qalıblar.

Turnirin mükafat fondu 250 min dollardır.

Share