Saləddin Atakişiyev: “Oğlum Qarabağı azad etmək arzusu ilə yaşayırdı”

Saləddin Atakişiyev: “Oğlum Qarabağı azad etmək arzusu ilə yaşayırdı”

24.08.2019

11:24

Təlim- məşq zamanı təyyarənin qəzaya uğraması nəticəsində həlak olan hərbi pilot Rəşad Atakişiyevin atası Saləddin Atakişiyev  oğlunun nəşinin axtarışlarının təxrəsalınmaz tədbirlərlə aparıldığına və dəfnin əsgəri ənənələrə uyğun yüksək səviyyədə təşkilinə görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə minnətdarlıq edib.

Hakimiyyet.com report.az-a istinadən bildirir ki, ata  oğlu Rəşad Atakişiyevlə fəxr etdiyini vurğulayıb:

“Mən Rəşad kimi oğulla fəxr edirəm. Qürur duyuram ki, bu gün onun cənazəsi üzərinə üçrəngli Azərbaycan bayrağı sərilib. Oğlum Qarabağı azad etmək arzusu ilə yaşayırdı. Nə etməli ki, bu ona qismət olmadı. Mən bu gün sizin qarşınızda bir daha söz verirəm ki, iki oğlumla birlikdə Qarabağ uğrunda Ali Baş Komandanın hər bir əmrinə hazıram. Vətən sağ olsun!, Allah bütün şəhidlərimizə rəhmət eləsin”.

1

1

1

PAYLAŞMAQ:

Print Friendly, PDF & Email