Salyanda kartof yığımı başa çatıb

Salyanda kartof yığımı başa çatıb

06.08.2019

14:27

alyan, 6 avqust, Mahir Babayev, AZƏRTAC

Salyanlı fermerlər cari ilin məhsulu üçün erkən yazda 431 hektar sahədə kartof əkiblər ki, bu da ötən il becərilən kartof sahələrindən 11 hektar çoxdur. Torpaq mülkiyyətçiləri əkdikləri sahələrə aqrotexniki qaydada qulluq etdiklərindən məhsul bol olub.

Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, məhsul yığımına mütəşəkkil başlayan əkinçilər sahələrdən 5 min 14,6 ton kartof toplayıblar. Hər hektarın məhsuldarlığı, ümumilikdə, 121,4 sentner olub ki, bu da ötən ildəkindən 1 sentner çoxdur.

Çuxanlı, Parçaxalaç, Qarabağlı kəndlərində fəaliyyət göstərən fermerlər becərdikləri sahələrdən daha çox məhsul toplayıblar.

PAYLAŞMAQ:

Print Friendly, PDF & Email