Sankt-Peterburqda Timur Əsgərovun iştirakı ilə “Park” baleti nümayiş etdiriləcək

Sankt-Peterburqda Timur Əsgərovun iştirakı ilə “Park” baleti nümayiş etdiriləcək

09.08.2019

12:27

0ktyabrın 3-də Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrında “Park” baleti nümayiş etdiriləcək.

AZƏRTAC teatrın saytına istinadla xəbər verir ki, səhnə əsərində Azərbaycan Respublikasının Əməkdar artisti Timur Əsgərov çıxış edəcək.

V.Motsartın əsərləri əsasında xoreoqraf Anjelen Preljokajın quruluşunda hazırlanmış baletin dünya premyerası 1994-cü ildə Parisdə olub. Səhnə əsəri Mariya Teatrında ilk dəfə 2011-ci ildə oynanılıb.

Timur Əsgərov 2008-ci ildə Bakı Xoreoqrafiya Akademiyasını bitirib, Azərbaycan Dövlət Akademik, Ukrayna Milli Akademik opera və balet teatrlarında çalışıb. 2011-ci ildən Mariya Teatrının truppasında fəaliyyət göstərir. Teatrın truppası ilə birlikdə Avropa, Amerika və Asiya ölkələrində qastrolda olub.

PAYLAŞMAQ:

Print Friendly, PDF & Email