Sara Sultanova — qəlblərdə kainat quran müəllimə

Sara Sultanova — qəlblərdə kainat quran müəllimə

02.03.2020 Выкл. Автор admin

Sara Paşa qızı  Sultanova.

Tərcüməyi halı:

1951-ci il aprelin 14-də Zərdab şəhərində ziyalı ailəsində anadan olub.1969-cu ildə Zərdab şəhər Ş. Qurbanov adına orta məktəbi müvəffəqiyyətlə bitirib. 1970-75-ci illərdə V.İ.Lenin adına Azərbaycan Pedoqoji İnstitutun «İbtidai təhsilin metodikası və pedaqogikası » fakültəsini bitirib. 1970-ci ildın 1973-cü ilədək Zərdab şəhər M. Qorki adına orta məktəbdə laborant, 1973-cü ildən 2017-ci ilədək həmin məktəbdə fasiləsiz olaraq ibtidai sinif müəllimi işləmişdir. Həmin illər ərzində səmərəli işlərinin nəticəsi olaraq şagirdləri yüksək bilik əldə etmişdir. Şagirdlərindən » Respublika Bilik yarışları»nda I, II, III yerləri tutmuşlar. Orta məktəbi qurtaran məzunlarının demək olar ki, hamısı ali məktəblərə yüksək balla qəbul olmuşlar. Zəhmətin səmərəli və işgüzar fəaliyyəti nəticəsində Sara müəllimənin əməyi yüksək qiymətləndirilmişdir. Dəfələrlə Rayon İcra Hakimiyyətinin, Təhsil şöbəsinin, Yeni Azərbaycan Partiyası rayon təşkilatının, Respublika Təhsil Nazirliyinin diplom və mükafatlarını almışdır. KİV-in Həmkarlar İttifaqının mükafatı laureatı olmuşdur. Uzun müddət Zərdab şəhər məktəb — liseyində «pedaqogika və psixologiya» fənnindən dərs demişdir.

Sara müəllimə haqqında respublika və yerli qəzetlərdə yazılar verilmiş, «Azərbaycan ziyalıları» kitabında haqqında geniş məlumat və şəkli çap olunmuşdur. Sara müəllimə 2008-ci ildə cənab Prezidentin imzaladığı Sərəncamla ən yüksək — » Əməkdar müəllim» adına layiq görülmüşdür. S. Sultanova işlədiyi illər ərzində məktəb kollektivinin hörmətini qazanmışdır. Rayonun ictimai -siyasi həyatında böyük rol oynamışdır. Rayon ictimaiyyətinin və valideynlərin hörmətini qazanmaq isə şərəfli müəllimənin həyatına şərəf gətirmişdir. O, işindən həmişə zövq alır, sinif müəllimi kimi peşəsinin vurğunu olduğunu deyir. Uzun illər keçsə də, vaxtı ilə dərs dediyi şagirdləri və onların valideynləri müəllimə haqqında xoş təəssüratla danışırlar.

Biz də Sara müəlliməyə uzun ömür, cansağlığı arzulayırıq. Dahi Platonun sözlərilə desək, «elmin verdiyi zövq daimidir».

Amalı,qayəsi həyatdı, nurdu,

Hər şagird qəlbində kainat qurdu.

Ürəyim həmişə onları sordu,

Solmayan günəşim müəllimdi, müəllim.

Sevda Nazir qızı
Share