Seda Sayandan aparıcıya – “Topuğuma qurban ol”

Seda Sayandan aparıcıya – “Topuğuma qurban ol”

25.07.2019

10:42

Türk müğənnisi Seda Sayanın corabla açıq ayaqqabı geyinməsi aparıcı Okan Bayülgeni qıcıqlandırıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, müğənni özünü müdafiə edərək geyindiyi corabın bir mədəniyyət göstəricisi olduğunu deyib.

“Corab Fransada yaranıb. Kral ailəsində də corab geyinmək qanundur. Mən də çox sevirəm. Corab geyindiyim üçün “Halal olun” deyən xanımlar da olub”.

Okan isə “şokoladlı dondurmaya bənzəyən corab geyinib, mədəniyyət olduğunu deyir” deyə cavab verib.

Müğənni isə aparıcıya “Sən mənim topuğuma qurban ol” mahnısı ilə qarşılıq verib. O videonu paylaşaraq Okana “bu mahnı sənə ərmağan olsun” deyib.

PAYLAŞMAQ:

Print Friendly, PDF & Email