SEPAH-ın komandiri koronavirusdan ölüb

13.03.2020 Выкл. Автор admin

İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) yüksək rütbəli komandiri Nasir Şabani koronavirusdan ölüb.

APA-nın «Al-Arabiya»ya istinadən verdiyi xəbərə görə, bu barədə SEPAH-ın sözçüsü Ramazan Şərif bildirib.

O qeyd edib ki, indiyədək ən azı 5 SEPAH üzvü koronavirusdan ölüb.

Xatırladaq ki, İranda 514 nəfər COVID-19-dan ölüb, koronavirusa yoluxanların sayı isə 11 364-dür.

Zümrüd Paşkin

Share