Sepanqda dünya çempionatına qayıtmaq ümidini itirmirlər

Sepanqda dünya çempionatına qayıtmaq ümidini itirmirlər

20.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Sepanq avtodromunun rəhbərliyi Malayziya mərhələsinin gələcəkdə Formula 1 dünya çempionatının təqviminə qayıdacağına ümidini itirmir.

AZƏRTAC xəbər verir ki, bu fikri yaxın vaxtlarda avtodromun yeni icraçı direktoru vəzifəsinə təyin edilmiş Azxan Şafriman Hanif söyləyib. Bununla belə, Hanif vurğulayıb ki, əvvəlcə çoxsaylı amilləri, o cümlədən iqtisadi məqamları təhlil etmək lazımdır, çünki Formula 1 yarışlarının keçirilməsi heç də ucuz başa gəlmir.

Azxan Şafriman Hanif Malayziyanın Bernama agentliyinə müsahibəsində deyib: “Hazırda Formula 1 yarışlarının keçirilməsi mənim prioritetlərimin siyahısına daxil deyil, amma əgər bu yarışları keçirmək imkanı yaransa, münasib təklif olsa, onda mən bu ideyanı dəstəkləyəcəyəm, çünki Qran-Pri Malayziyanın imicinə müsbət təsir göstərər. Əgər biz Formula 1 yarışlarının daha uzun dövr ərzində keçirilməsi barədə razılığa gələ bilsək, onda bu məsələni ölkə hökuməti ilə müzakirə etməyə başlayacağıq, axı Qran-Prini qəbul etmək hüququ üçün sanballı ödəniş etmək lazım olur.

Bundan başqa, hökumət və azarkeşlər bizim çəkəcəyimiz xərcləri məqsədəuyğun hesab etməlidirlər”.

Bununla belə, əvvəllər 13 il Malayziyanın “Petronas” neft-qaz konsernində işləmiş Azxan Şafriman Hanif əminliklə bildirib ki, milli avto- və moto-idmanın inkişaf etdirilməsi üçün onun sələfi, hazırda MotoGP çempionatında çıxış edən “Petronas Yamaha Sepang Racing Team” komandasına rəhbərlik edən Datuk Razlan Razali tərəfindən başlanmış proqramı davam etdirəcək.

 

Share