Sevil Mikayılova: Azərbaycan dövləti hər cür təhdidə çevik reaksiya vermək gücündə olduğunu bir daha göstərdi (VİDEO)

Sevil Mikayılova: Azərbaycan dövləti hər cür təhdidə çevik reaksiya vermək gücündə olduğunu bir daha göstərdi (VİDEO)

13.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Azərbaycan dövləti istənilən anda hər cür təhdidə çevik reaksiya vermək gücündə olduğunu bir daha sübut etdi.

Bunu Trend İnformasiya Agentliyinin “PREZİDENT. Müstəqillik. Təhlükəsizlik. Rifah” adlı video layihəsinə müsahibəsində Milli Məclisin deputatı Sevil Mikayılova deyib.

S.Mikayılova bildirib ki, aprelin 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Sumqayıt Kimya Sənaye Parkında tibbi maska istehsalı müəssisəsinin açılışı bir daha Azərbaycan iqtisadiyyatının dayanıqlı və istənilən vəziyyətə hazırlıqlı olduğunu nümayiş etdirdi:

“Koronavirusun dünyanı təşvişə saldığı bir vaxtda ölkəmizdə belə bir vacib müəssisənin qısa bir müddət ərzində fəaliyyətə başlaması onu göstərdi ki, Azərbaycanın iqtisadi infrastrukturu istənilən təhdidlərə və fövqəladə hallara tam şəkildə hazırdır və çevik transformasiya etmək, həmçinin istənilən istehsalata başlamaq imkanlarına malikdir. Əhali bir daha əmin oldu ki, Azərbaycan Prezidenti İlham Əliyev hər zaman vətəndaşın rifahını, sağlamlığını, səhhətini öndə tutur və istənilən anda dövlət bu cür təhdidlərə çevik reaksiya vermək gücündədir. Bizim iqtisadi infrastrukturumuz buna imkan verir, çünki uzun illər ərzində Azərbaycan iqtisadiyyatı böyük inkişaf yolu keçib. Əlbəttə ki, belə bir zəruri müəssisənin qısa zaman ərzində işə düşməsi indiyə qədər cənab Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə gedən iqtisadi inkişafın nəticəsində mümkün oldu. Bu, bir günün içərisində baş vermədi, uzun illər idi ki, iqtisadiyyatımızın qorunması və inkişaf etməsi istiqamətində mühüm işlər görülürdü”.

S.Mikayılova qeyd edib ki, Azərbaycanda davam edən iqtisadi inkişaf prosesi uzun illərdir ki, nüfuzlu beynəlxalq təşkilatlar, o cümlədən Davos Forumu, Dünya Bankı tərəfindən yüksək qiymətləndirilir:

Share