Sevil Mikayılova: Azərbaycan dövləti öz təhlükəsizliyini qorumaqla yanaşı, beynəlxalq təhlükəsizliyə də mühüm töhfəsini verir

Sevil Mikayılova: Azərbaycan dövləti öz təhlükəsizliyini qorumaqla yanaşı, beynəlxalq təhlükəsizliyə də mühüm töhfəsini verir

11.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

İstər qlobal, istərsə də regional miqyasda baş verən istənilən çağırışlara çevik və adekvat reaksiya verən Azərbaycan dövləti öz təhlükəsizliyini qorumaqla yanaşı, beynəlxalq təhlükəsizliyə də mühüm töhfəsini verir.

Bunu Trend-ə Milli Məclisin deputatı Sevil Mikayılova deyib.

Deputat bildirib ki, Azərbaycan daim regional təhlükəsizliyin təmin olunmasında vacib rol oynayır və dünya birliyi tərəfindən etibarlı tərəfdaş kimi qəbul edilir:

“Azərbaycan Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri cənab İlham Əliyevin təşəbbüsü ilə Türk Şurasının dünya miqyasında ilk beynəlxalq təşkilat kimi dövlət başçıları səviyyəsində videokonfrans vasitəsilə COVID-19 pandemiyasına həsr olunmuş Zirvə görüşü baş tutub. Hazırkı şəraitdə milli səviyyədə təcrübəni bölüşmək, ölkələr tərəfindən bir-birinə dəstək və həmrəylik göstərməyə çox ehtiyac olduğunu nəzərə alsaq, videokonfransın xüsusi önəm daşıdığını söyləyə bilərik.

Azərbaycan Prezidentinin sədrliyi ilə keçən Zirvə toplantısı vətəndaşların sağlamlığının qorunması və pandemiyanın doğurduğu sosial-iqtisadi fəsadların yüngülləşdirilməsi və aradan qaldırılması məqsədilə dövlətlər tərəfindən həyata keçirilən tədbirlər ətrafında konstruktiv fikir mübadiləsi ilə yadda qaldı.

Share