
Şimal bölgəsinə qar yağıb, temperatur mənfi 4 dərəcəyədək enib
23.04.2020“Hakimiyyet.com” xəbər verir ki,
Ötən gün şimal bölgəsinin bəzi yaşayış məntəqələrinə qar yağıb.
APA-nın şimal bürosunun verdiyi məlumata görə, Qubanın Xaltan, Qrız və Xınalıq kəndlərində, eləcə də Böyük Qafqaz dağlarının ətəklərində yerləşən yaşayış massivlərində də qar müşahidə olunub. Xınalıqda qarın hündürlüyü 6 sm, Qrızda və Xaltanda isə 3 sm olub. Ən aşağı temperatur Qubanın Qrız kəndində qeydə alınıb.
Burda temperatur isə mənfi 4 dərəcəyədək enib.