Şirvan polisi narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 7 nəfəri saxlayıb

Şirvan polisi narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 7 nəfəri saxlayıb

16.05.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Şirvan polis şöbəsi əməkdaşlarının keçirdikləri silsilə əməliyyat tədbirləri çərçivəsində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 7 nəfər şəxs saxlanılıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Şirvan sakinləri əvvəllər məhkum olunan 1972-ci il təvəllüdlü Abdullalı Fikrət Xankişi oğlu, əvvəllər məhkum olunan 1968-ci il təvəllüdlü Novruzov Fəxrəddin İsaq oğlu, 1989-cu il təvəllüdlü H. F., 1997-ci il təvəllüdlü Əlizadə Kamran Tofiq oğlu, 1998-ci il təvəllüdlü Şahmuradov Həsənağa Həsənxan oğlu, 1997-ci il Məmmədov Vüsal Alik oğlu və 1968-ci il təvəllüdlü Hüseynov Əliyar Nuru oğlu saxlanılan zaman onlardan müxtəlif növ narkotik vasitələr olan, şəxsi istehlak miqdarından artıq çəkidə heroin, tiryək və qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Çoxsaylı faktlarla bağlı Şirvan polis şöbəsi tərəfindən cinayət işi başlanılıb, araşdırma aparılır.

Share