Şirvanda iki nəfər bir-birini bıçaqlayıb
17.03.2020APA-nın Mil-Muğan bürosunun məlumatına görə, rayon sakinləri — 1990-cı il təvəllüdlü Əhmədov Şəhriyar Əlifağa oğlu və 1997-ci il təvəllüdlü Qəribov Ədalət Novruz oğlu daxilə nüfuz edən bıçaq xəsarətləri ilə xəstəxanaya daxil olublar. Onların bir-birini bıçaqladığı bildirilir.
Faktla bağlı araşdırma aparılır.