"Şiş yenə qayıdıb" –  Əməkdar artist

"Şiş yenə qayıdıb" – Əməkdar artist

18.05.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Əməkdar artist Rəhman Rəhmanovun  səhhətində yenə problem yaranıb.

aktyor bu haqda “Bizimləsən” verilişində danışıb. R.Rəhmanov bildirib ki, karantindən sonra xaricə müalicəyə gedəcək.

O, onikibarmaq bağırsağında yenidən şiş yarandığını açıqlayıb:

“Onikibarmaq bağırsağımda daş var idi, onu götürdülər. Amma indi yenə əmələ gəlib. Karantin bitəndən sonra xaricə müalicəyə gedəcəm.

İndi hiss edirəm ki, əvvəlki vəziyyətə qayıtmışam. Yeyəndə, içəndə o ağrıları yaşayıram. Hələ həkimə getməmişəm. Dərmanla məni saxlayırlar. Kimyaterapiya da hələ məsləhət görülməyib. Qorxmuram, yaşadığım qədər yaşamışam, işləmişəm. Nə olacaqsa olacaq. Bu ağrı, xəstəlikdənsə, yaşamamaq yaxşıdır”.

Share