Siyavuş Novruzov: “Bələdiyyə seçkiləri haqqında” ayrıca qanun layihəsinin qəbul edilməsi vacibdir

Siyavuş Novruzov: “Bələdiyyə seçkiləri haqqında” ayrıca qanun layihəsinin qəbul edilməsi vacibdir

17.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

“Bələdiyyə seçkiləri haqqında” ayrıca qanun layihəsinin qəbul edilməsi vacibdir. Hesab edirəm ki, bələdiyyə seçkiləri ilə bağlı məsələ Seçki Məcəlləsindən çıxarılmalıdır.

Trend-in məlumatına görə, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov parlamentin bu gün keçirilən iclasında deyib.

S.Novruzov bildirib ki, ötən il Azərbaycanda şəffaf bələdiyyə seçkiləri keçirilib:

“Bildiyiniz kimi, Azərbaycanda 125 seçki dairəsi var. Amma həmin dairələrdən 118-də bələdiyyə seçkiləri keçirilir. 20 ildən artıqdır ki, Azərbaycanın işğal olunmuş ərazilərində bələdiyyə seçkiləri keçirilmir. Bir milyondan çox insan özünün seçki hüququndan istifadə edə bilmir”.

Komitə sədri qeyd edib ki, bələdiyyələrdə yuxarı qurum yoxdur. Onlar seçicilərin rəy və təkliflərini nəzərə alaraq fəaliyyət göstərirlər.

Share