SMS-lə və “icaze.e-gov.az” portalında qeydiyyatdan keçməklə evdən çıxmaq ləğv olunub

SMS-lə və “icaze.e-gov.az” portalında qeydiyyatdan keçməklə evdən çıxmaq ləğv olunub

18.05.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu üzrə yaşayış yerini SMS icazə ilə və “icaze.e-gov.az” portalında qeydiyyatdan keçməklə, xidməti vəsiqə və ya iş yeri barədə arayış əsasında tərk etmək sistemi 18 may 2020-ci il saat 00:00-dan etibarən ləğv edilib.

APA-nın xəbərinə görə, bu barədə Nazirlər kabineti yanında Operativ Qərargahın qərarında bildirilir.

Operativ Qərargah mövcud sanitar-epidemioloji vəziyyəti, aktiv xəstə sayı və yoluxma sürətini əsas götürülməklə, bu qərarı verib.

Qeyd edək ki, Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu istisna olmaqla, ölkənin digər şəhər və rayonlarında yaşayış yerini SMS icazə ilə və “icaze.e-gov.az” portalında qeydiyyatdan keçməklə, xidməti vəsiqə və ya iş yeri barədə arayış əsasında tərk etmək sistemi mayın 4-dən ləğv olunub.

Share