Sosial ödənişlərə görə bankomatlarda əlavə faiz tutulmayacaq

Sosial ödənişlərə görə bankomatlarda əlavə faiz tutulmayacaq

06.04.2020 Off By admin

[ad_1]

Bakı. Trend:

Azərbaycanda xüsusi karantin rejimi müddətində pensiya, müavinət, təqaüd, kompensasiya, ünvanlı yardım kimi sosial ödənişləri istənilən bankın, eləcə də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Azərpoçt” MMC-nin istənilən bankomat və yaxud posterminallarından əldə edən zaman hər hansı əlavə faiz tutulmayacaq.

Trend-in məlumatına görə, bu, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycam Mərkəzi Bank və “Azərbaycan Banklar Assosiasiyası” İctimai Birliyinin birgə müraciətində öz əksini tapıb.

Qeyd olunub ki, vətəndaşlar sualları olacağı təqdirdə, 142 – Çağrı Mərkəzinə müraciət edə bilərlər.

Share