Statistika Komitəsi ilə Niderland Mərkəzi Statistika Bürosu arasında əməkdaşlığa dair Anlaşma Memorandumu təsdiqlənib

Statistika Komitəsi ilə Niderland Mərkəzi Statistika Bürosu arasında əməkdaşlığa dair Anlaşma Memorandumu təsdiqlənib

17.04.2020 Off By admin

Dövlət Statistika Komitəsi ilə Niderland Mərkəzi Statistika Bürosu arasında statistika sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu təsdiq olunub.

AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi ilə Niderland Mərkəzi Statistika Bürosu arasında statistika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumunun təsdiq edilməsi barədə” Fərman imzalayıb. Fərmana əsasən, Dövlət Statistika Komitəsi ilə Niderland Mərkəzi Statistika Bürosu arasında statistika sahəsində əməkdaşlıq haqqında bu il yanvarın 22-də Bakıda imzalanmış Anlaşma Memorandumu təsdiq edilib. Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Dövlət Statistika Komitəsinə onun müddəalarının həyata keçirilməsini təmin etmək tapşırılıb. Xarici İşlər Nazirliyi isə Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Niderland Krallığı Hökumətinə bildiriş göndərməlidir.

 

Share