Struktur və kadr islahatları Nazirlər Kabinetinin fəaliyyətinə stimul verməkdədir

Struktur və kadr islahatları Nazirlər Kabinetinin fəaliyyətinə stimul verməkdədir

09.04.2020 Off By admin

[ad_1]

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycan Prezidenti tərəfindən aparılan struktur və kadr islahatları Nazirlər Kabinetinin fəaliyyətinə stimul verməkdədir.

Trend-in məlumatına görə, bunu Baş nazir Əli Əsədov Milli Məclisdə ötən ilə dair videohesabatda deyib.

Baş nazir bildirib ki, 2019-cu il Azərbaycan üçün köklü islahatlar ili kimi yadda qalıb və cəmiyyətin bütün sahələrini əhatə edib, ölkəni yeni inkişaf mərhələsinə çıxarıb.

Baş nazir vurğulayıb ki, hesabat ili Azərbaycan üçün uğurlu il olub. O bildirib ki, son illər iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı, ixrac imkanlarının genişləndirilməsi, biznes mühitinin yaxşılaşdırılması istiqamətində əsaslı tədbirlər həyata keçirilib, makro-iqtisadi sabitlik və dayanıqlı iqtisadi artım təmin edilib.

Share