Su hövzələri qadağan olunmuş vasitələrdən təmizlənib

Su hövzələri qadağan olunmuş vasitələrdən təmizlənib

21.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Su hövzələri qadağan olunmuş vasitələrdən təmizlənib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən icazəsiz balıq ovunun qarşısının alınması və balıqların kürütökmə dövrü ilə əlaqədar maneələrin aradan qaldırılması məqsədilə ölkənin sututarlarında, o cümlədən Kür çayı, Mingəçevir və Şəmkir su anbarları, Şirvan kanalı, Mil-Muğan kollektoru və Xəzərsahili akvatoriyada genişmiqyaslı nəzarət tədbirləri həyata keçirilib.

Reydlər nəticəsində istifadəsi qadağan edilən 5873 metr uzunluğunda sintetik tor, 2182 ədəd qadağan olunmuş müxtəlif ov aləti və 4 qayıq aşkar edilib.

Faktlar üzrə bütün sübutlar yerində aktlaşdırılıb və təqsirkarların müəyyən edilməsi üçün toplanmış materiallar Su Nəqliyyatında Polis İdarəsinə göndərilib.

Qeyd edək ki, balıqların kürütökmə dövrü ilə əlaqədar 1 may 2020-ci il tarixindən balıq ovuna 3 aylıq moratorium elan edilib.

Share