"Subayam…" —  Ramal İsrafilov

"Subayam…" — Ramal İsrafilov

23.04.2020 Выкл. Автор admin

“Hakimiyyet.com” xəbər verir ki,

«Eşq» fars musiqisidir. Çoxları elə bilir mənimdir, deyirlər oğurlayıb. Mənim oğurluğa ehtiyacım yoxdur. Götürüm hansısa musiqinin notundan istifadə edim? Etmərəm».

bu sözləri müğənni Ramal İsrafilov «Üçümüz» verilişində deyib. Sənətçi «Eşq» mahnısının musiqisini oğurlamaqda onu ittiham edənlərə cavab verib.

Ramal daha sonra karantin günlərini necə keçirməsindən bəhs edib. O, bütün günü evdə iş gördüyünü söyləyib. İfaçı «Sevirsiz» sualına belə cavab verib:

«Sevirəm, sevgisiz insan olar? Evdə görmədiyim iş qlamayıb: lampaya, tok taxılan yerə kimi dəyişmişəm. Paltar tikib, mahnı yazmışam. Neçə aylardır evim belə təmiz olmamışdır. Hətta evdə klip də çəkdim.

Bu bəla insanı düşündürməyə vadar edir. Bu qədər zarafatların içində bir qorxu da var».

Ramal «Subay vaxtlarınız üçün darıxmırsız» sözlərinə isə «Ömürboyu azad olmuşam. Ailəm tərəfindən pis qarşılanmasın. Sənət adamı azad olmalıdır. Ona görə də elə bilirəm ki, subayam» reaksiyasını verib.

Qeyd edək ki, Ramal xalası qızı Sevda ilə ailəlidir. Cütlüyün Liya adlı qızı var.